Formula 1 yenidən Türkiyəyə qayıda bilər
2011-ci ildən Formula 1 Qran-Prisinin təşkilinə həsrət qalan Türkiyə hökuməti mötəbər idman yarışının İstanbulda keçirilməsinə çalışır.

Bu problemin dövlət başçısı səviyyəsində həllinə cəhd göstərir. Hökumət rəsmiləri yarışların öncədən keçirildiyi İstanbul park trekinin rəhbərliyi ilə danışıqlar aparır.

Xatırladaq ki, Türkiyədə ilk Formula 1 Qran-Prisi 2005-ci ildə keçirilib. Həmin mövsümdə Kimi Raykkonen qələbə qazanıb. Daha sonra ardıcıl üç dəfə Felipe Massa qalib gəlib. 2009-cu, 2010-cu və 2011-ci illərdə müvafiq olaraq Censon Batton, Luis Hamilton və Sebastian Fettel azarkeşlərini sevindiriblər. Türkiyə Qran-Prisi 2011-ci ildən etibarən keçirilmir.

Xəbər 452 dəfə oxundu.