“Neftçi” klubu yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzadıb
Paytaxtın “Neftçi” klubu yarımmüdafiəçisi Namiq Ələsgərov ilə müqavilənin müddətini uzadıb.

25 yaşlı futbolçu ilə yeni mövsümün sonunadək qüvvəsi olan müqavilənin müddəti daha bir il artırılıb.

Namiq Ələsgərov “Neftçi” klubunun heyətində keçirdiyi dörd mövsüm ərzində 94 oyunda meydana çıxıb və 13 qol vurub.

Xəbər 468 dəfə oxundu.