Canluici Buffon A seriyasında rekorda imza atıb
İtaliyanın “Yuventus” futbol klubu ardıcıl 9-cu dəfə İtaliya çempionu olub.

Turin klubunun qapıçısı Canluici Buffon isə A seriyasında 10-cu dəfə çempion adına yiyələnib. Qırx iki yaşlı qapıçı bununla da çempionatın tarixinin ən titullu futbolçusu kimi öz rekordunu yeniləyib. Leonardo Bonuççi və Corco Kyellinin aktivində 9 qızıl medal var.

Xəbər 388 dəfə oxundu.