“Sundays with Unity” turnirində azərbaycanlı şahmatçı üçüncü yeri tutub
“Unity Chess Club”un təşkilatçılığı ilə keçirilən blits üzrə onlayn “Sundays with Unity” turnirində azərbaycanlı şahmatçı Vüqar Rəsulov uğurla çıxış edib.

“Lichess.org” platforması vasitəsilə keçirilən yarışda təmsilçimiz 90 xalla üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, turnirdə 536 şahmatçı mübarizə aparıb ki, onlardan da 60-ı qrossmeyster olub.

Xəbər 456 dəfə oxundu.