“Zirə” klubu 16 yaşlı futbolçu ilə müqavilə imzalayıb
Bakının “Zirə” klubu heyətinə daha bir futbolçu qatıb.

Paytaxt təmsilçisi Ayxan Süleymanlı ilə müqavilə imzalanıb.

On altı yaşlı futbolçu ilə anlaşma 3 illik nəzərdə tutulub. A.Süleymanlı 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının şərəfini qoruyur.

Qeyd edək ki, “Zirə” bunadək Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Klesio Bauk, Kərim Diniyev, Rəşad Eyubov, Sərtan Taşkın və Şəhriyar Rəhimovu heyətinə qatıb.

Xəbər 685 dəfə oxundu.