MBA-da hazırlıq oyunları davam edir
Milli Basketbol Assosiasiyasının (MBA) bərpasına hazırlaşan komandalar yoxlama oyunları keçirməkdə davam edirlər. Növbəti 5 görüşdə bir-birindən maraqlı nəticələr qeydə alınıb. Bəzi komandalar artıq ikinci oyunlarını keçiriblər.

“Oklahoma Siti Tander” ardıcıl ikinci oyununda qalib gəlib. İlk matçda “Boston Seltiks”i məğlub edən Oklahoma basketbolçuları bu dəfə Filadelfiya təmsilçilərindən üstün olublar. Hərçənd ki, son perioda Filadelfiya komandası 11 xal öndə başlayıb. Amma yekun nəticə “Oklahoma Siti Tander”in xeyrinə olub - 102:97. “Boston Seltiks” isə ilk qələbəsini “Finiks Sans”la matçda əldə edib - 117:103.

“Finiks Sans” hazırlıq mərhələsinin startında “Yuta Cazz”a qalib gəlmişdi. “İndiana Peyers” hazırlıq mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb. Komanda “Portlend Trail Bleyzers”in ardından “Dallas Mevriks”i 118:111 hesabı ilə məğlub edib.

Günün digər qarşılaşmalarına gəldikdə isə “Hyuston Rokets” “Memfis Qrizlis”dən, “Toronto Reptors” “Portlend Trail Bleyzers”dən güclü olub.

Xəbər 617 dəfə oxundu.