Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyası növbəti uğura imza atıb.
ASPF-in prezidenti Abbas Hünbətov bildirib ki, federasiya Dünya Karate Konfederasiyasına (DKF) şorin-ryu üzrə üzv seçilib. Bu barədə federasiyaya xüsusi məktub göndərilib. Məktub mərkəzi Serbiyada yerləşən beynəlxalq federasiyanın prezidenti Marko Nikoviç tərəfindən imzalanıb. Hazırda bir neçə mötəbər beynəlxalq idman qurumu ilə üzvlüklə bağlı danışıqlar gedir və yaxın günlərdə əməkdaşlıq barədə ictimaiyyətə məlumat veriləcək.

Əllidən artıq ölkədən federasiya və idman qurumlarının üzv olduğu DKF-nin rəhbəri yeni üzvlüklə bağlı ASPF-ni təbrik edib, gələcək əməkdaşlıqda uğurlar arzulayıb.

Bir neçə ay əvvəl A.Hünbətova Dünya Karate Konfederasiyası tərəfindən şorin-ryu üzrə 5-ci dan lisenziyası təqdim olunub.

Xəbər 474 dəfə oxundu.