Qətər Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
Qətər 2032-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) ərizə ilə müraciət edib.

Bu barədə Qətər Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qətərdən başqa, yarışın təşkili üçün Hindistan, Avstraliya, Çin, Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası birgə BOK-a müraciət ediblər.

Bundan əvvəl Qətər, müvafiq olaraq, 2016-cı və 2020-ci il olimpiadalarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüşdü.

Xəbər 519 dəfə oxundu.