“Zenit” dördüncü dəfə Rusiya kubokunu qazanıb
Futbol üzrə Rusiya kuboku yarışlarının qalibi müəyyənləşib.

Final görüşündə “Zenit” Birinci divizion təmsilçisi “Ximki” ilə qarşılaşıb.

Matç Sankt-Peterburq təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Zenit” dördüncü dəfə ölkə kubokunu qazanıb.

Sergey Semakın çalışdırdığı komanda bu mövsüm Premyer Liqa çempionluğu da yaşayıb.


Xəbər 502 dəfə oxundu.