“Neftçi” daha bir əcnəbi futbolçunu transfer edə bilər
Heyətinə 4 legioner qatan Bakının “Neftçi” klubu daha bir əcnəbi futbolçunu transfer edə bilər.

Azərbaycan çempionatının gümüş mükafatçısının macar futbolçu Soma Novotnı ilə maraqlandığı bildirilir. Hazırda tərəflər arasında danışıqlar gedir.

Qeyd edək ki, karyerasına Macarıstanın “Veşprem” klubunda başlayan futbolçu 2012-ci ildə “Napoli”yə transfer olub və 2016-cı ilədək İtaliyanın “Paqanese”, “Mantova”, “Südtirol” və Macarıstanın “Diosqyor” klublarına icarəyə verilib. Onun sonuncu komandası “Uypeşt”dir. Futbolçu ölkəsinin müxtəlif yaş qrupları üzrə seçmə komandalarında da oynayıb.


Xəbər 502 dəfə oxundu.