Millimizin "AVRO-2021"in ilkin seçmə mərhələsindəki oyunlarının yeni tarixi açıqlanıb
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin "AVRO-2021"in ilkin seçmə mərhələsindəki oyunlarının yeni tarixi açıqlanıb.

Yeddinci qrupda yer alan yığmamız ilk görüşünü noyabrın 25-də İsveçə qarşı keçirəcək. Vüqar Əsgərlinin başçılıq etdiyi komanda ikinci sınağında Belçika ilə üz-üzə gələcək. Həmin qarşılaşma noyabrın 28-də olacaq.

Azərbaycan millisi qrupdakı sonuncu matçında isə Kiprlə üz-üzə gələcək. Görüş dekabrın 1-də keçiriləcək.

Qeyd edək ki, yeddinci qrupun oyunları Belçikada təşkil olunacaq. UEFA daha əvvəl matçların oktyabrın 19-dan 27-dək təşkil ediləcəyini açıqlasa da, daha sonra koronavirus pandemiyası səbəbindən oyunları təxirə salmışdı.

Xəbər 474 dəfə oxundu.