“Sundays with Unity” onlayn turnirdə Azərbaycanı 6 şahmatçı təmsil edəcək
İyulun 26-da “Unity Chess Club”un təşkilatçılığı ilə keçiriləcək blits üzrə onlayn “Sundays with Unity” turnirində Azərbaycanın 6 şahmatçısı iştirak edəcək.

“Lichess.org” platforması vasitəsilə keçiriləcək yarışlarda ölkəmizi Vüqar Rəsulov, Məhəmməd Muradlı, Gülnar Məmmədova, Türkan və Zeynəb Məmmədyarovalar, Elnur Mehtiyev təmsil edəcəklər. Turnirə 536 şahmatçı qatılacaq ki, onlardan da 60-ı qrossmeysterdir.

Yarışın reytinq favoriti rusiyalı şahmatçı Boris Qraçyevdir (2695).


Xəbər 466 dəfə oxundu.