“Zirə” – “Qəbələ” matçında qapılara qol vurulmayıb
İyulun 25-də Qəbələdə təlim-məşq toplanışında olan "Zirə" birinci yoxlama matçını keçirib.

Rəşad Sadıqovun rəhbərliyi altında Bakı təmsilçisi ilk oyununda "Qəbələ" ilə qarşılaşıb. Hər iki hissəsi 35 dəqiqə oynanılan görüşdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, bu, R.Sadıqovun klub baş məşqçisi qismində qeyri-rəsmi də olsa, ilk matçı olub.


Xəbər 411 dəfə oxundu.