“Qarabağ” klubu “Sabah”a minimal fərqlə məğlub olub
Qəbələdə təlim-məşq toplanışı keçirən Ağdamın "Qarabağ" futbol klubu iyulun 25-də növbəti yoxlama matçına çıxıb.

Ağdam təmsilçisi "Sabah"la üz-üzə gəlib. Matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, yeni baş məşqçi Visente Qomes "Sabah" komandasındakı birinci oyununa qələbə ilə başlayıb.

Qeyd edək ki, bundan əvvəl "Keşlə" ilə yoxlama görüşünə keçirən "Qarabağ" 3:1 hesabı ilə qalib gəlib.


Xəbər 406 dəfə oxundu.