“Real” kapitanı Felipe Reyeslə müqaviləni yeniləyib
“Real” komandanın kapitanı Felipe Reyeslə müqavilə müddətini daha bir il müddətinə yeniləyib.

Bu barədə klubun rəsmi saytında məlumat verilib.

Qırx yaşlı basketbolçu 352 oyunla Avroliqa rekordçusudur. O, həmçinin 702 hücum ribaundu ilə liqa tarixinin ən yaxşı göstəricisinə imza atıb.

Ümumuyyətlə, Avroliqada bir çox göstəricilərdə Reyes 5 ən yaxşı oyunçu sırasındadır. Reyes Avroliqada 3000 xal toplayan 6 basketbolçu arasında da yer alıb.
Xatıraldaq ki, 1998-ci ildə “Estudiantes”də peşəkar karyerasına başlayan ispaniyalı basketbolçu 2004-cü ildən “Real”ın şərəfini qoruyur.

Xəbər 419 dəfə oxundu.