Boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub. Boks Federasiyasından idman.com.az saytına verilən məlumata görə, Azərbaycan yığması yarışı 1 qızıl və 4 bürünc medalla tamamlayıb.

Turnirin son günündə 57 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə rinqə çıxıb. Boksçumuz finalda rusiyalı Arkadi Plemeniçenko ilə üz-üzə gəlib. Həmyerlimiz 14:9 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Komandamızın digər üzvlərindən Elnur Şəfizadə (48 kq), Cavid Quliyev (60 kq), Orxan Əliyev (80 kq) və Məhəmmədəli Tahirov (+80kq) bürünc medala sahib olublar.

Xəbər 1126 dəfə oxundu.