Deyan Lovren “Zenit”ə keçməyə yaxındır
“Liverpul”un müdafiəçisi Deyan Lovren “Zenit”ə keçməyə yaxındır.

Bu barədə Böyük Britaniyanın nüfuzlu “The Times” nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, artıq iki klub transferlə bağlı razılığa gəlib. Sankt-Peteburq klubu xorvatiyalı müdafiəçini transfer etmək üçün son İngiltərə çempionuna 12 milyon avro ödəyəcək. Xatırladaq ki, Lovrenin “Liverpul”la müqaviləsi gələn ilin yayında başa çatırdı. Transfer reallaşsa, Deyan “Zenit”lə 2+1 illik müqavilə imzalayacaq. Xorvatiyalı futbolçu hər ilə 2,5 milyon avro məvacib alacaq.

Xəbər 394 dəfə oxundu.