Əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında nümayiş xarakterli döyüş keçiriləcək
Əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında sentyabrın 12-də nümayiş xarakterli döyüş keçiriləcək.

İki amerikalı arasında superfinal Kaliforniyada baş tutacaq. Döyüş 8 raunddan ibarət olacaq.

Əlli üç yaşlı Mayk Tayson karyerası ərzində 58 döyüş keçirib. Onların 50-də qələbə (44-ü nokautla) qazanan dünya şöhrətli boksçu 6 qarşılaşmadan məğlub ayrılıb.
Roy Consun hesabında 47-si nokautla olmaqla 66 qələbə var.

Xəbər 539 dəfə oxundu.