İspaniya futbolunun əfsanəsi Xavi Ernandes koronavirus infeksiyasına yoluxub
İspaniya futbolunun əfsanəsi, hazırda Qətərin "Əl-Sədd" futbol klubunun baş məşqçisi Xavi Ernandes koronavirus infeksiyasına yoluxub.

40 yaşlı ispaniyalı mütəxəssis bu barədə "Instagram" səhifəsində yazıb. O, qeyd edib ki, həkim nəzarəti altındadır və özünü yaxşı hiss edir.

Qeyd edək ki, Xavi "Barselon"nın yetirməsidir və 17 il bu komandanın şərəfini qoruyub. O, karyerasının son 4 ilində isə "Əl-Sədd"də çıxış edib. Xavinin komandası ötən il Qətər kubokunun sahibi olub.

Xəbər 460 dəfə oxundu.