On yeddi yaşlı futbolçunun forma nömrəsi əbədiləşdirilib
İngiltərənin “Birmingem” klubu “Borussiya Dortmund”a transfer olan futbolçusu Cud Bellinqemin forma nömrəsini əbədiləşdirib.

Bundan sonra Çempionşip təmsilçisində 22 nömrəli futbolkanı geyinən futbolçu olmayacaq.

On yeddi yaşlı yarımmüdafiəçi 23 milyon avro qarşılığında Dortmund klubuna keçib. Bununla da o, İngiltərə klubunun tarixində ən baha satılan futbolçuya çevrilib.

Almaniya təmsilçisi ingilis futbolçu ilə 5 illik müqavilə imzalayıb.


Xəbər 494 dəfə oxundu.