Milimizin üzvü Pavel Paşayev zədəsini sağaldıb
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Pavel Paşayev zədəsini sağaldıb.

Ukraynanın “Aleksandriya” klubunda çıxış edən və son görüşlərdə iştirak etməyən müdafiəçi sıralara qayıdıb.

Qeyd edək ki, “Aleksandriya” UEFA Avropa Liqasına vəsiqə uğrunda pley-off mərhələsində “Mariupol”la qarşılaşacaq.

Xəbər 428 dəfə oxundu.