Ekvador millisinin baş məşqçisi istefaya göndərilib
Futbol üzrə Ekvador millisinin baş məşqçisi Yordi Kroyf istefaya göndərilib.

Ekvador Futbol Federasiyası niderlandlı mütəxəssislə müqaviləyə birtərəfli qaydada xitam verildiyini açıqlayıb.

Qeyd edək ki, Yohan Kroyfun oğlu bu ilin yanvarında Ekvador millisinə 3 illik baş məşqçi təyin edilmişdi. Gənc mütəxəssis komandanı oyuna çıxarmadan istefaya göndərilib.

Xəbər 476 dəfə oxundu.