Cavid Hüseynov “Qəbələ” ilə müqavilə imzalayıb
Bakının “Zirə” klubu ilə yollarını ayıran futbolçu Cavid Hüseynovun yeni komandası müəyyənləşib.

31 yaşlı futbolçu yeni mövsümdən sabiq komandası “Qəbələ”də çıxış edəcək. Yarımmüdafiəçi “Qəbələ” ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, C.Hüseynov 2014-2019-cu illərdə “Qəbələ”nin formasını geyinib. Futbolçu ötən mövsümün əvvəlində “Zirə”yə keçmişdi.

Xəbər 459 dəfə oxundu.