ATP və WTA bu il Çində keçirilməsi planlaşdırılan bütün tennis turnirlərini ləğv edib
Peşəkar Tennisçilər Assosiasiyası (ATP) və Qadın Tennisçilər Assosiasiyası (WTA) 2020-ci ildə Çində keçirilməsi planlaşdırılan bütün tennis turnirlərinin koronavirus pandemiyası səbəbindən ləğv olunduğunu elan ediblər.

Hər iki qurum bu barədə məlumat yayıb.

Bu il ATP 4, WTA isə 7 turnirin Çində təşkilini planlaşdırırdı. Tennis turnirlərinin ləğvi Çin hökumətinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkədə beynəlxalq yarışların keçirilməsinin qadağan edilməsi barədə qərarı ilə əlaqədardır. Çində Pekin Qış Olimpiya Oyunları üçün test turnirləri istisna olmaqla, bütün beynəlxalq yarışlar ilin sonuna qədər ləğv edilib.

Qış Olimpiya Oyunlarının 2022-ci ilin fevralın 4-dən 20-dək keçirilməsi planlaşdırılır.

Xəbər 491 dəfə oxundu.