MBA-da mövsümün qalan hissəsinə hazırlıq davam edir
Milli Basketbol Assosiasiyasında (MBA) mövsümün qalan hissəsinə hazırlaşan “Miluoki Baks” klubu “San Antonio Spörs” ilə qarşılaşıb.

Bir dövrəsi 10 dəqiqədən ibarət görüşün böyük fasiləsinə Miluoki təmsilçisi üstün yollanıb – 47:41. Digər hissələrdə də rəqibinə heç bir imkan verməyən “Miluoki Baks” 113:92 hesablı qələbə qazanıb.

Daha bir oyunda isə Qərb konfransının lideri “Los-Anceles Leykers” komandası “Dallas Maveriks”lə qarşılaşıb. Los-Anceles basketbolçuları böyük fasiləyə 55:44 hesablı üstünlüklə yollanıblar. Ruhdan düşməyən Dallas komandası əzmkarlıq nümayiş etdirərək qalib gəlib – 108:104.
Qeyd edək ki, bütün görüşlər Orlandoda keçirilir. Mövsümün qalan hissəsi iyulun 31-də başlayacaq.


Xəbər 547 dəfə oxundu.