Kipr-Azərbaycan oyunu GPS stadionunda keçiriləcək
Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Kipr yığmasının ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Kipr millisi sentyabrın 8-də Azərbaycan yığmasını Nikosiyadakı GPS stadionunda qəbul edəcək.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Komanda C Liqasının 1-ci qrupunda Monteneqro ilə də qarşılaşacaq.

Xəbər 466 dəfə oxundu.