“Hazırda bütün diqqətimi Azərbaycan millisinə yönəltmişəm”
Futbol üzrə Azərbaycan milli komandasına baş məşqçi təyin olunan italiyalı Canni De Byazi İtaliya mətbuatına müsahibəsində ölkəmizdə işə başlamağı səbirsizliklə gözlədiyini bildirib.

64 yaşlı mütəxəssis hazırda bütün diqqətini Azərbaycan millisinə yönəltdiyini vurğulayıb.

“Yenidən baş məşqçi kimi fəaliyyətə başlayıram. Albaniya yığmasından sonra yeni çağırış axtarışında idim. Gələcəkdə texniki direktor kimi də işləyə bilərəm”, - deyə italiyalı mütəxəssis əlavə edib.

Qeyd edək ki, AFFA məşqçi ilə il yarım müddətinə müqavilə bağlayacaq.

AZƏRTAC

Xəbər 479 dəfə oxundu.