MLS-də qrup mərhələsinə yekun vurulub
Amerika Milli Futbol Liqasında (MLS) qrup mərhələsinin sonuncu turu keçirilib.

“B” qrupunda “Çikaqo Fayr” “Vankuver Vaytkeps”i qəbul edib. Oyuna meydan sahibləri daha fəal başlayıblar. Birinci hissədə Çikaqo futbolçuları çox çalışsalar da, fərqlənə bilməyiblər. İkinci yarıda hücumlarını gücləndirən meydan sahibləri irəli atılmaqlarına peşman olublar. Qonaqlardan Yordi Reyna 65-ci dəqiqədə hesabı açıb.

Çox keçmədən Kristian Daxome fərqi 2 topa çatdırıb. İki cavabsız qolla qalib gələn “Vankuver Vaytkeps” qrup mərhələsini üçüncü pillədə bitirsə də, pley-off mərhələsinə vəsiqə əldə edib.

Xəbər 481 dəfə oxundu.