Bağırov Aydın Rövşən oğlu
Bağırov Aydın Rövşən oğlu 1980-ci ilin sentyabr ayının 5-də Ağdam rayonunda anadan olub.

1987-ci ildə Ağdam rayon 7 saylı orta məktəbinə daxil olub, 1997-ci ildə Bakı şəhərində 32 saylı Ağdam məcburi köçkün məktəbini bitirib.

2004-cü ildə Müstəqil Azərbaycan Universitetinin jurnalistika fakültəsini bitirib.

1997-ci ilin sentyabrın 1-dən “525-ci qəzet”də müxbir, 2003-cü ilin yanvarın 1-dən şöbə müdiri, 2005-ci ilin sentyabrın 1-dən redaktor vəzifəsində çalışır.

17.11.2008-ci ildə fəaliyyətə başlayan Qol.az saytının təsisçilərindən biri və baş redaktorudur.

2001-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən gənc jurnalistlər arasında respublika müsabiqəsinin qalibi olub.
Mətbuatda ictimai-siyasi, əsasən idman və futbol mövzusunda daimi yazıları dərc olunur.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar jurnalisti” fəxri adına layiq görülüb.

Xəbər 884 dəfə oxundu.