MBA-da hazırlıq oyunlarına start verilib
İyulun 30-da Milli Basketbol Assosiasiyasında (MBA) mövsüm bərpa ediləcək. Komandalar bu məqsədlə hazırlıq oyunlarına başlayıblar.

Hər bir komanda mövsümün bərpasınadək 3 yoxlama oyunu keçirməlidir. İlk oyunlarda periodlardakı vaxt 2 dəqiqə azaldılıb. Məhz bu qarşılaşmalarda basketbolçular hər biri 10 dəqiqə olmaqla 4 hissə oynamalıdırlar.

İlk oyun “Los-Anceles Klippers” və “Orlando” arasında olub. Qarşılaşmaya Orlando basketbolçuları daha yaxşı başlasalar da, böyük fasiləyə “Los-Anceles Klippers” üstün yollanıb 53:42. Üçüncü periodda Orlando təmsilçiləri nisbətən fəallaşsalar da, son hissə yenidən Klippersin xeyrinə bitib. Beləliklə Los-Anceles təmsilçisi 99:90 hesablı qələbə qazanıb.

Növbəti qarşılaşmada “Mayami Hit” və “Sakramento Kinqs” üz-üzə gəlib. Mayami təmsilçiləri fasiləyə kimi 12 xallıq üstünlük əldə ediblər. Amma üçüncü hissədə fərq 2 xala kimi azalsa da, son periodda Mayami basketbolçuları yenidən təşəbbüsə yiyələniblər. Yekunda “Mayami Hit” 104:98 hesabı ilə qalib gəlib.

Xəbər 468 dəfə oxundu.