Unay Emeri “Villyareal” klubuna baş məşqçi təyin olunub
İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Unay Emeri İspaniyanın “Villyareal” komandasına baş məşqçi təyin olunub.

İspaniyalı mütəxəssi yeni mövsümdən komandanı çalışdıracaq.

Qırx səkkiz yaşlı məşqçi klub ilə üçillik müqavilə imzalayıb.

O, komandanı 2019-cü ildən çalışdıran Xavyer Kalyexunu əvəzləyib.

Qeyd edək ki, “Villyareal” La Liqada beşinçi yer tutaraq İspaniyanı UEFA Avropa Liqasında təmsil edəcək.

AZƏRTAC

Xəbər 508 dəfə oxundu.