“Sumqayıt” klubu “Qarabağ”ın futbolçusunu transfer edə bilər
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev ötən mövsüm icarə əsasında oynadığı “Sumqayıt”a transfer oluna bilər.

Sumqayıt təmsilçisi 19 yaşlı yarımmüdafiəçinin keçidini həll etmək niyyətindədr. Lakin bununla bağlı “Qarabağ”a rəsmi təklif göndərilməyib.

“Sumqayıt”la yanaşı, “Səbail” də futbolçunu sıralarında görmək istəyir.

Xəbər 485 dəfə oxundu.