“Vest Bromviç” İngiltərə Premyer Liqasına yüksəlib
“Lids”in ardından İngiltərə Premyer Liqasına yüksələn ikinci komandanın adına aydınlıq gəlib.

Futbol üzrə İngiltərə Çempionşipində 2019/2020-ci il mövsümünə yekun vurulub. Slaven Biliçin baş məşqçi olduğu “Vest Bromviç” 46 oyuna 83 xal toplayaraq ikinci yeri tutub və ikiillik fasilədən sonra elitaya vəsiqə qazanıb.

Üçüncü və sonuncu vəsiqənin sahibi isə 3-6-cı pillələrdə qərarlaşan dörd komanda arasında baş tutacaq pley-off qarşılaşmalarından sonra müəyyənləşəcək. Yarımfinalda “Suonsi Siti” “Brentford”la, “Kardiff Siti” isə “Fulhem”lə qarşılaşacaq.

AZƏRTAC

Xəbər 485 dəfə oxundu.