“Neftçi” ardıcıl üçüncü legioner futbolçunu transfer edib
Bakının “Neftçi” klubu ardıcıl üçüncü legioner futbolçunu transfer edib.

Braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb. On doqquz yaşlı futbolçu komandanın heyətində 4 nömrəli formanı geyinəcək.

“Brasilis”in yetirməsi olan Rener Alves De Souza Braziliyanın “Fortaleza” klubunda çıxış edib. O, “Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb. Futbolçu U-20 komandası ilə “Copa do Nordeste”nin qalibi olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer etmişdi.

Xəbər 479 dəfə oxundu.