Fikrət Sideifzadə: Ümid edirəm ki, şahmatçılarımız ukraynalı rəqiblərinə qalib gələcəklər
Azərbaycanın və Ukraynanın qadın şahmatçıları arasında keçirilən onlayn rapid yarışlarına yekun vurulub. İkigünlük yarışın yekun nəticəsinə görə, Ukrayna komandası 51:49 hesabı ilə üstün olub. Bu, kiçik fərqdir və ümid edirəm ki, şahmatçılarımız Ukrayna komandası ilə mübarizədə qalib gələcəklər.

Bu sözləri müsahibəsində qadınlardan ibarət yığma komandanın baş məşqçisi Fikrət Sideifzadə deyib.

O deyib ki, şahmatçılarımızdan ən yüksək nəticəni 10 turdan 8 xal toplayan Günay Məmmədzadə göstərib. Onun komanda yoldaşı Gülnar Məmmədovanın oyunlarını da xüsusi qeyd etmək olar. Ümumi nəticəyə görə, G.Məmmədova 7 xal toplayıb.

Qeyd edək ki, Azərbaycan və Ukraynanın qadın şahmatçılarından ibarət komandalar arasında yoldaşlıq görüşü iyulun 21-də start götürüb. İyulun 23-də - turnirin sonuncu günündə komandamız blits yarışında mübarizə aparacaq.

AZƏRTAC

Xəbər 464 dəfə oxundu.