Arkadi Naydiç beynəlxalq festivalda növbəti görüşünü heç-heçə ilə başa vurub
İsveçrənin Bil şəhərində şahmatın klassik, blits və rapid növləri üzrə 53-cü beynəlxalq festival davam edir.

Azərbaycan təmsilçisi Arkadi Naydiçin də mübarizə apardığı turnirdə klassik şahmat üzrə ikinci turun oyunları keçirilib. Hindistan şahmatçısı Pentala Harikrişna ilə heç-heçə edən A.Naydiç aktivinə 1,5 xal yazdırıb. Bununla da, şahmatçımız xalların sayını 10,5-ə çatdırmaqla ümumi nəticədə beşinci sırada qərarlaşıb.

Turnirin favoriti 15 xalla polşalı Radoslav Voytaşekdir.

Qeyd edək ki, iyulun 19-da yarış iştirakçıları rapid turnirində mübarizə aparıblar. Klassik şahmat yarışı iyulun 21-dən 29-dək, blits turniri isə iyulun 25-də təşkil olunacaq.

AZƏRTAC

Xəbər 479 dəfə oxundu.