Sambo üzrə Avropa çempionatının noyabrda keçirilməsi planlaşdırılır
Sambo üzrə Avropa çempionatının Rusiyanın Yekaterinburq şəhərində bu ilin noyabrın 27-dən 29-dək keçirilməsi planlaşdırılır.

Bu barədə Beynəlxalq Sambo Federasiyasının (FIAS) mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, mayın 21-dən 25-dək keçirilməsi nəzərdə tutulan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən sentyabra təxirə salınmışdı. Hazırda FIAS Avropa çempionatını noyabr ayında keçirmək niyyətindədir.

Xatırladaq ki, ötən il təşkil olunan Avropa çempionatında Azərbaycan samboçuları 2 bürünc medal qazanıblar.

Xəbər 628 dəfə oxundu.