“Qalatasaray” klubu Rayan Babellə bağlı qərarını dəyişib
“Qalatasaray” klubunun rəhbərliyi futbolçusu Rayan Babel ilə yollarını ayırmaq fikrinə düşsə də, qərarını dəyişib.

Henri Onyekurun transferi üçün “Monako” ilə danışıqların müsbət nəticələnmədiyini görən “Qalatasaray” Babelə yenidən şans vermək niyyətindədir.

R.Babel mövsümün əvvəlində İngiltərənin “Fulhem” klubundan transfer olunub. Ehtimalları doğrultmayan hücumçu yanvarda Hollandiyanın “Ayaks” klubuna icarəyə göndərilmişdi. Baş məşqçi Fatih Terim yeni mövsüm üçün hazırlıq düşərgəsinə Babeli də dəvət edib. Futbolçunun yoxlama görüşlərində meydana çıxacağı bildirilir. Gözləninlən nəticəni verəcəyi təqdirdə R.Babel “Qalatasaray”ın əsas heyətində yer alacaq.

Xəbər 494 dəfə oxundu.