“Bavariya” 20 yaşlı müdafiəçisi ilə müqaviləni yeniləyib
Almaniyanın “Bavariya” futbol klubu müdafiəçisi Lukas May ilə müqavilənin müddətini uzadıb.

20 yaşlı almaniyalı müdafiəçinin yeni müqviləsinin müddəti 2023-cü ilin iyununadək etibarlıdır.

Almaniya çempionu öz yetirməsi olan futbolçunu “Darmştadt” klubuna icarəyə verib. L.May növbəti mövsümün sonunadək İkinci Bundesliqa klubunda çıxış edəcək.

Xəbər 475 dəfə oxundu.