Millimizin sabiq futbolçusunun çıxış etdiyi “Ximki” klubu Rusiya Premyer Liqasına yüksəlib
Azərbaycanın U-20 millisinin sabiq üzvü Kamran Əliyevin çıxış etdiyi “Ximki” klubu 2020/2021-ci il mövsümündən Rusiya Premyer Liqada çıxış edəcək.

Bu barədə Moskva vilayətinin idman naziri Roman Teryuşkov məlumat verib.

O, koronavirusa görə yarımçıq dayandırılan futbol üzrə Birinci divizionda ikinci pillədə qərarlaşan komandanın elitaya yüksəldiyini deyib. R.Teryuşkov “Ximki”nin maliyyə problemlərini həll etdiyini, sponsorla anlaşdığını qeyd edib.
İyirmi bir yaşlı sağ cinah vingeri Birinci divizionda bu mövsüm 25 oyunda 8 qol vurub. Ölkə kubokunda 3 oyun keçirən gənc futbolçu 1 məhsuldar ötürmə ilə komandasına fayda verib.

Xəbər 469 dəfə oxundu.