“Milan” baş məşqçisi ilə yeni müqavilə imzalayıb
İtaliyanın “Milan” futbol klubu baş məşqçisi Stefano Pioli ilə müqaviləni uzadıb.

55 yaşlı italiyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, S.Pioli 2019-cu ilin oktyabrında “Milan”a baş məşqçi təyin edilib. Onun komandası A Seriyasının bitməsinə 3 tur qalmış 59 xalla 5-ci sıradadır. Bu yer Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə verir.


Xəbər 470 dəfə oxundu.