“Mançester Siti” klubu Natan Akeni heyətinə cəlb etməyə yaxındır
“Mançester Siti” klubu “Bornmut”un müdafiəçisi Natan Akeni heyətinə cəlb etməyə yaxındır.

Xosep Qvardiolanın komandası niderlandlı futbolçunun keçidini tamamlamaq üzrədir. Komandanın bu transfer üçün “Bornmut”a 35 milyon funt-sterlinq ödəyəcəyi bildirilib.

Qeyd edək ki, futbolçu cari mövsüm İngiltərə Premyer Liqasında 29 oyuna 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər 472 dəfə oxundu.