Azad Rəhimov jurnalistləri təbrik etdi
Hörmətli media nümayəndələri, hər birinizi Milli Mətbuatın 145 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi layihələrin işıqlandırılmasında, onlar haqqında məlumatların ictimaiyyətə operativ, dolğun şəkildə çatdırılmasında hər birinizin müstəsna rolu var. Dostluğunuz, əməkdaşlığınız üçün sizə təşəkkür edir, can sağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm!

Bayramınız mübarək!

Hörmətlə,
Azərbaycan Respublikasının Gənclər və İdman naziri
Azad Rəhimov

Xəbər 4581 dəfə oxundu.