“Mançester Siti” böyük hesablı qələbə qazanıb
İyulun 21-də İngiltərə Premyer Liqasının 37-ci turunun növbəti oyunu keçirilib.

Gümüş medalları vaxtından əvvəl təmin etmiş “Mançester Siti” səfərdə “Vatford” komandasını qəbul edib.

Görüş Mançester təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Şəhərlilər”in heyətində Rahim Sterlinq (2) Fil Foden və Aymerik Laport fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 78-ə çatdıran “Mançester Siti” ikinci, “Vatford” isə 34 xalla 18-ci yerdə qərarlaşıb.


Xəbər 492 dəfə oxundu.