Türk əsilli FIFA referisi Almaniyada “İlin hakimi” seçilib
Futbol üzrə Almaniya Bundesliqasının oyunlarına təyinat alan Deniz Aytekin 2019/2020-ci il mövsümünün ən yaxşı hakimi seçilib.

41 yaşlı referi futbolçular arasında keçirilən “İlin hakimi” sorğusunda 43,3 səs toplayaraq birinci olub. O, ikinci yeri tutan Manuel Qröfü 13 səs fərqi ilə qabaqlayıb.

Qeyd edək ki, türk əsilli FIFA kateqoriyalı referi ötən mövsüm də “İlin hakimi” seçilmişdi.

Xəbər 478 dəfə oxundu.