“Neftçi” daha bir futbolçusunu “Keşlə”yə icarəyə verib
Bakının “Neftçi” klubu futbolçusu Turan Vəlizadəni 1 il müddətinə icarəyə verib.

19 yaşlı yarımmüdafiəçi gələn mövsümün sonunadək “Keşlə”də çıxış edəcək.

Qeyd edək ki, T.Vəlizadə 2 mövsüm ərzində əsas komandada 2 oyun keçirib. “Neftçi” daha əvvəl Rahman Hacıyevi də “Keşlə”yə icarəyə verib.

Xəbər 485 dəfə oxundu.