Gürcüstanlı futbol azarkeşləri stadionlarda futbol matçlarını izləyə biləcəklər
Koronavirusla mübarizə üzrə Gürcüstanın Baş naziri yanında İdarələrarası Koordinasiya Şurası futbol azarkeşlərinə stadionlarda futbol matçlarını izləmək üçün icazə verib.

Bu barədə Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili şura iclasından sonra keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, azarkeşlərə futbol matçlarını izləmək imkanı yaradılsa da, bu günə qədər qüvvədə olan bütün qadağalara və müəyyən qaydalara riayət etmək vacibdir. Stadionun girişində azarkeşlərin istiliyi yoxlanacaq, hərarəti olan şəxslər stadiona buraxılmayacaq.

İyunun 25-də futbol üzrə Gürcüstan çempionatı yenidən başlayıb.

Xəbər 468 dəfə oxundu.