İtaliyanın məşqində ikinci Balotelli
Avro-2012-nin diqqət mərkəzində olan ən önəmli adlardan biri də Mario Balotellidir. İtaliyalıların almanlarla yarımfinal qarşılaşması öncə məşqini izləməyə gələnlər qarşılarında iki Balotellini gördülər.

İdman.com.az saytının məlumatına görə, həmin məşqi izləməyə gələnlər arasında Enox Balotelli də var idi. Marionun qardaşı ona saç modelindəki oxşarlığı ilə dədiqqəti çəkib.

Qanada doğulmasına baxmayaraq, İtaliyada böyüyən Enox əvvəllər milli komanda seçimində İtaliyaya deyil, böyük qardaşın Marionun əksinə «Qana məni çağırarsa, seçimim də məhz Qana olacaq. Çünki mən qarayam» demişdi.

Xəbər 1014 dəfə oxundu.