Bu gün Azərbaycanın və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir start götürəcək
İyulun 21-də Azərbaycanın və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir start götürəcək. Yarışda hər komandanın tərkibində 10 şahmatçı mübarizə aparacaq.

Komandamızın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva yer alıblar.

Üç gün davam edəcək yarış 20 iyul - Beynəlxalq Şahmat Günü münasibətilə təşkil olunub. Ümumilikdə, 20 turdan ibarət turnir SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat federasiyalarının təşkilatçılığı ilə baş tutacaq.

Xəbər 473 dəfə oxundu.