Azərbaycan-Fransa oyunu Sumqayıtda keçiriləcək
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Fransa oyununun başlanma saatı və stadionu müəyyənləşib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, matç Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək.

Qarşılaşma sentyabrın 7-də saat 21:00-da başlayacaq.

Xəbər 437 dəfə oxundu.